Ölkə 12:29 13.08.2023

Nazir yeni idarə rəisi təyin etdi (FOTO)

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov imzaladığı əmrə əsasən, Fuad Babayev İdarənin rəisi təyin edilib.

Fuad Babayev bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Fərid Qayıbovun digər əmri ilə Rüfət Mahmudzadə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. O, uzun illər Sumqayıt şəhərində gənclər sektorunda fəaliyyət göstərib. Rüfət Mahmudzadə son təyinata qədər Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin müavini vəzifəsində çalışıb.


Rüfət Mahmudzadə