Ölkə 14:14 13.12.2023

Nazirdən iki təyinat

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor və direktor müavini təyin edilib.

Qaynarinfo xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Aynur Poluxova institutun direktoru, Nüşabə Pənahova isə direktorun müavini (müalicə işləri üzrə) vəzifəsinə təyin olunublar.