Ölkə 11:53 30.04.2022

Nazirdən yeni təyinat (EKSKLÜZİV)

Mədəniyyət naziri Anar Kərimov Regional Mədəniyyət İdarələrinə yeni kadr təyinatları ilə bağlı əmr imzalayıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Bərdə Regional Mədəniyyət İdarəsinə fəlsəfə elmləri doktoru Vəsilə Əfqan qızı Möhsümovanı rəis təyin edib. 

Vəsilə Möhsümova bundan öncə Ağdam rayon İcra Hakimiyyətində, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində və Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə çalışıb.

Qeyd edək ki, Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə, Tərtər, Yevlax və Mingəçevir rayonlarını əhatə edəcək.

Alpər