Foto 10:45 13.06.2023

Nazirlər Şuşada basketbol oynadı - Maraqlı anlar (FOTOLAR)

Şuşa 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu gün yarışdan öncə maraqlı qarşılaşma təşkil olunub.

Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyi əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib.

Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin kollektivi qalib gəlib. Komandaların heyətlərində nazirlər Fərid Qayıbov və Emin Əmrullayev də yer alıb.