Ekonomiks 17:04 15.03.2023

Nazirliklə icra hakimiyyəti arasında torpaq davası

Elm və Təhsil Nazirliyi ilə Nizami Rayon İcra Hakimiyyəti arasında torpaq sahəsi üzrə mübahisə yaranıb. 

Qaynarinfo xəbər verir ki, mübahisə məhkəmə müstəvisinə çıxarılıb. Nazirlik iş üzrə iddiaçı, icra hakimiyyəti isə cavabdehdir. 

Birinci instansiya məhkəməsi nazirliyin iddiasının təmin etməyib. Qurum apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Cahangir Yusifovun sədrlik etdiyi hakimlər tərəfindən baxılacaq. 

Məhkəmə prosesinin vaxtı hələ ki, müəyyən edilməyib.

Açıq mənbələrdə məhkəmə çəkişməsinin detalları barədə heç bir məlumat yoxdur. 

Seyid