Dünya 21:27 04.06.2023

"Nə qədər ki, münaqişə var, Ukraynanı NATO-ya qəbul etmək olmaz" - Baş nazir

"Biz, şübhəsiz ki, Ukraynanın NATO-ya gedən yolunu dəstəkləyirik. Hamı başa düşür ki, müharibə davam edərkən bunun baş verməsi mümkün deyil. Bununla belə, Buxarestdə təklif olunanlardan daha aydın dilə ehtiyacımız var".

Qaynarinfo xəbər verir ki, bunu Sinqapurda keçirilən Şanqri-La Dialoqunda çıxış edən Estoniyanın baş naziri Kaya Kallas deyib.

Bundan əvvəl Volodimir Zelenski Ukraynanın münaqişə bitənə qədər NATO-ya üzv olmayacağını bildirmişdi. 2022-ci il sentyabrın sonunda Zelenski Ukraynanın sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət etdiyini açıqlayıb. Daha sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan qeyd edib ki, belə bir prosedurun həyata keçirilməsinin indi vaxtı deyil.

Aydın