İdman 10:15 06.09.2023

“Neftçi”dən növbəti transfer

"Neftçi” növbəti transferini rəsmiləşdirib.
 
Qaynarinfo-nun məlumatına görə, rusiyalı sol vinger Reziuan Mirzov ilə birillik müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi "Neftçi"nin heyətində 22 nömrəli formanı geyinəcək.

Reziuan Mirzov Rusiyanın "Spartak-Nalçik” (2012-2013), "Spartak” (Kostroma, 2013), "Zvezda” (Ryazan, 2013), "Torpedo” (Moskva, 2014-2015), "Terek” (2015-2017), "Rostov” (2017-2019), "Tosno” (2017-2018), "Arsenal” (Tula, 2018-2019), "Spartak” (Moskva, 2019-2022) və "Ximki” (2020-2023) klublarında çıxış edib. 2017/18 mövsümündə "Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/19 mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.

"Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez və hücumçu Aaron Olanare ilə anlaşıb.
 
Səbuhi Həsənov