İdman 08:54 11.08.2022

"Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı (YENİLƏNİB)

"Neftçi” növbəti avrokubok oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan vitse-çempionu konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxıb.

Laurentsiu Regekampfın yetirmələri Avstriyada "Rapid”lə üz-üzə gəlib. Bakıda rəqibini 2:1 hesabı ilə məğlub edən "ağ-qaralar” Vyanada çətin sınağa çıxıb.

Görüşün 90 dəqiqəsində bir qol vurulub. Bu, ikinci hissənin ortalarına təsadüf edib. Meydan sahibləri Marko Qrüllün qoluna sevinib. Ümumi hesabda tarazlıq yarandığı üçün cütün taleyi əlavə vaxtda həll olunub. Ferdi Druyfun qolu "Rapid”i pley-offa daşıyıb. "Neftçi” isə avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, pley-offa yüksələn "Rapid” qrup mərhələsinin bir addımlığında "Vaduts”la görüşəcək. Bu raundun görüşləri avqustun 18-də və 25-də baş tutacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

11 avqust
Rapid (Vyana, Avstriya) - Neftçi (Azərbaycan) 0:2
Qollar: Marko Qrüll, 67. Ferdi Druif, 113.
Rapid: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 7. Nikolas Gerrit-Kün, 9. Qvido Burqştaller, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 22. Martin Kostselnik, 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 34. Nikolas Satlberger.
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 5. Roman Kerşbaum, 8. Kristof Knasmüllner, 10. Yusuf Dəmir, 19. Mixael Sollbauer, 23. Yonas Auer, 28. Morits Osvald, 38. Ferdi Druif, 39. Rene Krivak, 41. Bernhard Zimmerman, 43. Leopold Kverfeld.
Baş məşqçi: Ferdinand Feldhofer.
Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Laurentsiu Regekampf.
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç).
Vyana, "Allianz" stadionu.