İdman 10:34 14.02.2024

"Neftçi" nin bazasında təmir işlərinə başlanıldı

Uzun fasilədən sonra "Neftçi” Futbol Mərkəzində inzibati binanın təmirinə başlanılıb.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan açıqlama verilib. 

Bakıxanov qəsəbəsində yerləşən "Neftçi” Futbol Mərkəzində inzibati binanın əsaslı təmir-bərpa işlərinə start verilib. Binanın birinci mərtəbəsində fitnes, fizioterapiya, masaj, paltardəyişmə, videoanaliz üçün otaqlarda, həmçinin yeməkxana və hamam otağında tikinti işləri aparılıdığı bildirilib.
 
Səbuhi Həsənov