İdman 18:56 05.11.2022

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Azərbaycan Premyer Liqasının XIII turunun "Sumqayıt" - "Neftçi" matçı əvvəlcədən nəzərdə tutulduğu kimi 19:00-da başlamaycaq.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qonaq komandanın yollarda yaranmış böyük tıxac üzündən stadiona oyun günü planına uyğun çata bilməməsidir.

Bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və Əsasnamə rəhbər tutularaq, görüşün 30 dəqiqə gec başlamasına qərar verilib.

Qeyd edək ki, qarşılaşma 19:30-dan etibarən "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.