Konfrans Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan klubları "Qəbələ" və "Neftçi" bu gün ilk görüşünə çıxacaq.
Qaynarinfo-nun məlumatına görə, "Qəbələ" evdə Kipr "Omoniya"sını qəbul edəcək. Qəbələ şəhər stadionunda, saat 20:00-da başlayacaq matçı rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.
"Neftçi" isə turnirdəki ilk matçına səfərdə çıxacaq. Bakı təmsilçisi Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olacaq. "Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək. Qarşılaşmanı estoniyalı Yuri Frişer qoruyacaq.
Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
27 iyul
20.00 Qəbələ (Azərbaycan) - Omoniya (Kipr)
Baş hakim: Andrey Çivulete (Rumıniya).
Qəbələ şəhər stadionu.
23.00 Jelezniçar (Bosniya və Herseqovina) - Neftçi (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya).
Sarayevo, "Qrbavitsa" stadionu.
Konfrans Liqasındakı digər təmsilçimiz "Sabah" ötən gün Latviyada RFŞ-i 2 cavabsız qolla məğlubiyyətə uğradıb.
Səbuhi Həsənov
Şərhlər