İdman 17:33 28.08.2023

"Neftçi" yetirməsi ilə yeni müqavilə bağladı

"Neftçi” İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini uzadıb.
 
Qaynarinfo-nun məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə 2023/24-cü illər mövsümünün sonunda bitməli olan anlaşma daha birilliyə artırılıb.

"Neftçi”nin yetirməsi olan Zülfüqarlı əsas komandada keçirdiyi beş mövsüm ərzində 63 oyunda meydana çıxıb, 4 qola imza atıb.
 
Səbuhi Həsənov