Dünya 12:28 27.11.2023

Netanyahu HƏMAS-la atəşkəsin uzadılması şərtlərini açıqladı

İsrailin baş naziri Benyamin Netanyahu hansı şərtlərlə HƏMAS-la atəşkəs müddətini uzatmağa hazır olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Times of Israel” məlumat yayıb.

Onun sözlərinə görə, hər gün üçün daha 10 girov qaytarılacağı təqdirdə, hazırkı dörd günlük atəşkəs uzadıla bilər.

"Biz daha bir qrup girovu, uşaqları və qadınları evə gətirdik və ailələrin birləşdiyini görəndə bütün xalq kimi mən də dərindən təsirlənirəm", deyə İsrailin baş naziri videomüraciətində bildirib.

Netanyahu həmçinin ABŞ prezidenti Co Baydenə bildirib ki, atəşkəs başa çatdıqdan sonra İsrail ordusunun quru əməliyyatı tam gücü ilə bərpa olunacaq.

O, Baydenlə yetim qalan 4 yaşlı ABŞ-İsrail vətəndaşı Aviqail İdanın azadlığa buraxılması barədə danışdığını söyləyib: 

"Onun bizimlə olması nə qədər xoşdur. Amma digər tərəfdən, onun valideynləri olmadan reallığa qayıtması nə qədər acınacaqlıdır".

İsrailin baş naziri həmçinin Baydenə bildirib ki, sazişin sonunda biz öz məqsədlərinə - HƏMAS-ın məhv edilməsi, Qəzza zolağının əvvəlki vəziyyətinə qayıtmamasının təmin edilməsi və təbii ki, bütün girovların azad olunmasına nail olmaq üçün tam güləri ilə çalışırlar.

Netanyahu missiyanın uğurlu olacağına əmin olduğunu bildirib: "Çünki bizim başqa seçimimiz yoxdur".

Xatırladaq ki, noyabrın 24-ü yerli vaxtla saat 07:00-da İsrail və HƏMAS hərəkatı arasında dörd gün davam edəcək atəşkəs razılaşması qüvvəyə minib. Bu müddət ərzində HƏMAS girov götürdüyü 47 nəfəri İsrailə qaytarıb. 

Nizami Bağırov