Dünya 12:39 12.11.2023

Netanyahudan Makrona cavab: "Bu sizə də çatacaq"

İsrailin baş naziri Benyamin Netanyahu Qərb liderlərinə Yaxın Şərqdə atəşkəs çağırışlarına boyun əyməməyi tövsiyə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel” məlumat yayıb.

Onun sözlərinə görə, İsrail HƏMAS-ı məhv etməlidir və bunun üçün lazım gələrsə, bütün dünyaya qarşı qətiyyətlə dayanacaq. O vurğulayıb ki, beynəlxalq təzyiqlər İsrail hakimiyyəti və ya hərbçilərinə qarşı saxta ittihamları ölkənin planlarına təsir etməyəcək.

Bu, onun Fransa prezidenti Emmanuel Makronun İsrail ordusunu döyüşləri dayandırmaq çağırışına cavabı olub. Netanyahunun sözlərinə görə, Fransa rəhbəri faktiki və mənəvi səhvə yol verib, yenə də İsraili dinc sakinlərin təxliyyəsinə maneələr yaratmaqda ittiham edib. Baş nazir hesab edir ki, İsrail HƏMAS qruplaşmasını bütün dünya naminə məğlub etməlidir.

Netanyahu dinc sakinlərdən pərdə kimi istifadə edən fələstinli silahlıların taktikasını müdafiə etməməyə çağırıb. O, belə taktikaların daha da arta biləcəyini izah edib: "Fransa prezidentinə və digər dostlarımıza deyirəm ki, bu sizə də çatacaq".

Aydın