Dünya 14:07 16.07.2023

Netanyahunun ürəyinə implant yerləşdirildi

İsrailin baş naziri Benyamin Netanyahu Şeba xəstəxanasını tərk edib. 

Qayanrinfo xəbər verir ki, bu barədə "Arutz Şeva" məlumat verib.

Qəzet xəstəxana işçilərinə istinadən yazır ki, baş nazir bir sıra testlərdən, o cümlədən elektron ürək müayinəsindən keçib, bütün müayinələrin nəticələri normaldır. 

Şeba Mərkəzinin kardiologiya üzrə mütəxəssisi, professor Yehuda Adler bildirib ki, həkimlər onun ürəyindəki problemlərin nədən qaynaqlandığını öyrənmək üçün implant yerləşdirib.

Onun sözlərinə görə, implantın köməyi ilə həkimlər nəinki baş nazirdə ciddi ürək ritm pozğunluqlarının qarşısını almağı, həm də onun səhhətinin pisləşməsinin səbəbini öyrənməyi planlaşdırır. 

Adler onu da qeyd edib ki, şəxsi həkimi Netanyahunun Şeba mərkəzində xəstəxanaya yerləşdirilməsini tövsiyə edib. Kardioloq vurğulayıb ki, İsrailin baş nazirinə iş yükünü azaltmağı şiddətlə tövsiyə edəcək.

Aydın