Dünya 17:20 12.02.2024

Niderland məhkəməsi F-35 təyyarələrinin hissələrinin İsrailə ixracını dayandırdı

Niderland apellyasiya məhkəməsi təyyarələrin Qəzza zolağında hücumlarda istifadə edilməsi ilə bağlı narahatlıqlar səbəbilə F-35 qırıcı təyyarələrinin ehtiyat hissələrinin İsrailə ixracını dayandırmaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Ölkə hökuməti məhkəmənin tələbini bir həftə ərzində yerinə yetirməlidir, hakimiyyət orqanlarına Ali Məhkəməyə şikayət verilməyənə qədər qərarı icra etməmək hüququ verməyib - dövlətin bunun üçün səkkiz həftə vaxtı var.

"İxrac edilən F-35 hissələrinin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında istifadə olunması riskinin açıq-aşkar olduğunu inkar etmək olmaz”, - deyə məhkəmə bildirib.

Hollandiyaya qarşı iddianı bir neçə insan haqları qrupu, o cümlədən Oxfam yoxsulluqla mübarizə təşkilatının Hollandiya bölməsi qaldırıb. Əvvəllər aşağı məhkəmə bu işdə dövlətin tərəfini tutub.

Jerusalem Post qeyd edir ki, İsrail HƏMAS ilə müharibəyə başlayandan bəri Hollandiyadakı regional F-35 hissələri anbarından ən azı bir yük alıb.


Alpər