Dünya 14:00 13.12.2023

Niderland terror təhlükəsi səviyyəsini artırıldı - Təhlükə ehtimalı

Niderlandın terrorla mübarizə idarəsi ölkənin təhdid səviyyəsini ikinci ən yüksək səviyyəyə qaldıraraq, terror aktının "əhəmiyyətli" ehtimalının olduğunu bildirib.

Qaynarinfo "Yevropeyska pravda"ya istinadən xəbər verir ki, bu barədə AP məlumat yayıb.

İdarə təhlükə səviyyəsinin artmasına səbəb kimi qonşu Avropa ölkələrində baş verən son terror aktlarını, Niderland və qonşu ölkələrdə terrorda şübhəli bilinən şəxslərin həbsini göstərir.

İdarənin bəyanatında həmçinin deyilir ki, "sağçı ekstremizm və antiinstitusional ekstremizm təhlükəsi dəyişməz olaraq qalır".

Niderlandın terrorla mübarizə idarəsi bildirib ki, təhdidlərin yüksək qiymətləndirilməsi təhlükəsizliyi gücləndirmək üçün konkret tədbirləri ehtiva etməsə də, polis, bələdiyyələr və nazirliklər kimi təhlükəsizlik tərəfdaşlarına təhlükə ilə mübarizə aparmaq üçün tədbirlər görmək imkanı verir.

Niderland 2019-cu ildən bəri ilk dəfə ölkənin terror təhlükəsi səviyyəsini ikinci ən yüksək səviyyəyə qaldırıb.

Bundan əvvəl Avropanın daxili işlər üzrə komissarı İlva Yoqansson İsraillə Fələstinin HƏMAS silahlı qruplaşması arasında müharibənin nəticələrinə görə Milad bayramları zamanı Avropada terror aktları riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.

Nizami Bağırov