Dünya 19:55 10.12.2023

Norveçdə İsanın üzü olan sikkə tapıldı

Arxeoloqlar Norveçin cənubundakı Vestre Slidre dağlarında İsa Məsihin üzü olan nadir sikkə tapıb.

Qaynarinfo "Miami Herald" portalına istinadən xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, sikkə 977-1025-ci illər arasında Bizans İmperatorluğu dövründə II Basili və VII Konstantin qardaşları tərəfindən hazırlanıb.

Onlar sikkənin bir üzündə, qarşı tərəfində isə İsa Məsih təsvir edilib. Arxeoloqlar sikkənin zərb olunduğu vaxtı sikkənin haşiyəsini əhatə edən üç nöqtəli xəttlə müəyyən ediblər. Bu dizayn elementi həmin dövrdə istifadə edilib.

Artefaktın üzərində latın və yunan dillərində iki yazı da tapılıb. Birincisi "Padşahların Kralı İsa Məsih", ikincisi isə "Romalıların İmperatorları Basili və Konstantin".

Lakin elm adamları sikkənin yamaca necə düşdüyünü müəyyən edə bilməyiblər. Onlar sikkənin Norveç kralı III Haralda məxsus olması versiyasını irəli sürüblər. Kral olmazdan əvvəl III Harald Bizans imperatorunun mühafizəçisi olub. Buna görə də o, öləndən sonra imperatorun əmlakını bölüşdürmək üçün icazə ala bilərdi.

Aydın