Ölkə 19:31 27.02.2024

Ödənişli yolda veteranlar üçün güzəşt var?

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunun müharibə veteranları üçün pullu olması narazılıq yaradıb.

Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.

AAYDA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir:

"Qiymətlər isə Tarif Şurası tərəfindən müəyyən edilib. Şura ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq edib. Tariflər təsdiq edilərkən hər hansı güzəşt nəzərdə tutulmayıb”.