Yunanıstanın baş naziri Kiriakos Mitsotakis meşə yanğınları səbəbindən ölkənin "müharibə vəziyyətində” olduğunu bildirib.
Qaynarinfo The Guardian-a istinadən xəbər verir ki, o, bunu parlamentdə çıxışı zamanı
deyib.
"Bu, bərabər döyüş deyil və şərtlər çətin olduğu müddətcə davam edəcək",- deyə Mitsotakis bildirib.
O qeyd edib ki, qarşıda "üç çətin gün” var, çünki temperaturun növbəti dəfə yüksəlməsi gözlənilir.
"Biz alovla müharibə vəziyyətindəyik" deyən Mitsotakis ölkənin bir neçə bölgəsinin düşdüyü ekstremal vəziyyətə toxunaraq əlavə edib.
Xatırladaq ki, Yunanıstan Rodos adasında 7-ci gündür meşə yanğınları ilə mübarizə aparır. 20 minə yaxın insan adadakı ev və otellərini tərk etmək məcburiyyətində qalıb.
Yunanıstanın qərb sahillərində yerləşən Korfu adasında və Afinanın paytaxtı yaxınlığındakı Euboea adasında da meşə yanğınları tüğyan edir.
İyulun 23-də Yunanıstanda havanın 46 dərəcədən çox istiləşməsi ilə temperatur rekordu qeydə alınıb.
Nizami Bağırov
Şərhlər