Ölkə 14:59 08.06.2023

Öz işçiləri öldü - “Medera”da şəkilləndirmə ölümlə nəticələndi

Bakıda "Medera” Hospitalında plastik əməliyyat etdirən qadın vəfat edib.

Axar.az yazır ki, hospitalın plastik cərrahı Günel Bayramlı elə həmin klinikada, "resepşn”da çalışan Aygün adlı əməkdaşını əməliyyat edib.

"Aygün Günel Bayramlıya bədən şəkilləndirmə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və onu evə buraxıb. Əməliyyat olunan Aygünün iki gün sonra evində halı daha da pisləşib və o, tromplaşmadan dünyasını dəyişib", - deyə məqalədə qeyd olunub.

"Medera” Hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib.

Hospitaldan bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir.

Qeyd edək ki, vəfat edən qadın Göyçayda dəfn edilib. O, ailəli olub, bir qız övladı var.