Ölkə 13:27 30.09.2022

Oktyabrın ilk günü hava necə olacaq?

Milli Hidrometeorologiya Xidməti oktyabrın 1-i üçün gözlənilən hava şəraitini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Bakıda və  Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq.

Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq.