Olimpiya çempionu, Dağıstan əsilli Şərif Şərifovun Mahaçqalada dağıstanlı məşqçilərlə çəkdirdiyi fotosu diqqət çəkib.
Artıq uzun müddətdir Azərbaycana gəlməyən Şərifov ölkəsində məşqçi kimi karyerasını davam etdirir.
32gun.az-a daxil olan məlumatda bildirilir ki, Ş.Şərifov sərbəst güləş üzrə milli komandamızdan sonra Azərbaybaycan vətəndaşlığından da çıxıb.
Qeyd edək ki, o, 2008-2021-ci illərdə Azərbaycanı təmsil edib və ölkə vətəndaşlığını qəbul etmişdi.
Şərif Şərifov 2012-ci ildə Birləşmiş Krallığının London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medal, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə bürünc medala sahib olub. Millimizin tərkibində dünya və Avropa çempionları tituluna sahib olub.
O, sonuncu dəfə 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu turnirinin qalibi olub.
Şərhlər