Ölkə 13:56 19.01.2024

Oqtay Şirəliyev səhhəti pisləşdi, Türkiyəyə aparıldı

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb.

Qaynarinfo manşet.az-a istinadən xəbər verir ki, Oqtay Şirəliyev müalicə üçün Türkiyəyə aparılıb.

Keçmiş nazirin müalicəsi qardaş ölkədə davam etdirilir. Onun Azərbaycana nə vaxt qayıdacağı bilinmir. 

Yaxınları Oqtay Şirəliyevin səhhətində problem yarandığını və hazırda Türkiyədə olduğunu təsdiqləyib.