Dünya 16:27 03.04.2023

Orban cinayət işi ilə bağlı Trampı dəstəklədi

Macarıstanın Baş naziri Viktor Orban cinayət ittihamı ilə mühakimə olunacaq ABŞ-ın keçmiş prezidenti Donald Trampı açıq şəkildə dəstəkləyib.

Qaynarinfo xəbər verir ki, Macarıstanın ölkə başçısı bu barədə öz Twitter səhifəsində yazıb.

O, öz Twitter səhifəsində Donald Trampla birgə fotosunu dəstək sözləri ilə yerləşdirib: 

"Mübarizəni davam etdirin, cənab prezident! Biz sizinləyik!"

Nizami Bağırov