Dünya 14:55 25.06.2022

Osloda gey-klubda atışma - İki ölü, 21 yaralı

Norveç polisi paytaxt Osloda geylərin yğışdığı gecə klubunda atışma nəticəsində iki nəfərin öldüyünü bildirib. Oslo polisi atışma zamanı daha 21 nəfərin yaralandığını, bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə 25 iyun, gecə yerli vaxtla 01:00 radələrində baş verib. Bir şübhəli həbs edilib, ondan iki silah götürülüb.

Atışma bir vaxtlar məşhur olan London pabında, "Herr Nilsen "Jazz Club yaxınlığında baş verib.

Qeyd edilir ki Osloda bu şənbə, iyunun 25-də geylərin qürur paradının keçirilməsi planlaşdırılır.

"IranintlTV" saytının məlumatına görə, Oslo polisi hücumçunun iran əslli bir şəxs olduğunu bildirib.

M.Arif