Pakistanın cənubunda qatarın relsdən çıxması nəticəsində azı 30 nəfər ölüb, 100 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat
yayıb.
"Hazara Express” qatarının bir neçə vaqonu Kəraçi şəhərindən təxminən 275 km aralıda, Navabşahdakı Sahara dəmir yolu stansiyası yaxınlığında aşıb.
Xəsarət alan sərnişinlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Nəşr qeyd edir ki, Pakistanın köhnəlmiş dəmir yolu sistemində qəzalar nadir hal deyil.
Dəmiryol naziri Saad Rafik bildirib ki, ilkin araşdırma qatarın normal sürətlə hərəkət etdiyini göstərib və relsdən çıxmağa nəyin səbəb olduğunu müəyyən etməyə çalışırlar.
Kəraçidəki dəmiryol nümayəndəsi bildirib ki, azı səkkiz vaqon relsdən çıxıb.
Nəvabşahın əsas xəstəxanalarında və Sind əyalətinin qonşu rayonlarında fövqəladə vəziyyət elan edilib.
Sind əyalətinin rayonları arasında dəmir yolu əlaqəsi dayandırılıb.
Nizami Bağırov
Şərhlər