Dünya 12:36 27.03.2023

Patruşev NATO ölkələrini Ukraynadakı münaqişənin tərəfi adlandırdı

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, NATO ölkələri Ukraynadakı münaqişənin tərəfidir. 

Qaynarinfo xəbər verir ki, Patruşevin "Rossiyskaya qazeta”ya müsahibəsində dediyi kimi, onlar Kiyevi silah və kəşfiyyat məlumatıyla təmin edir və Rusiyanı məğlub etməkdə maraqlıdırlar.

"Əslində NATO ölkələri münaqişənin tərəfidir. Onlar Ukraynanı böyük bir hərbi düşərgəyə çevirdilər. Onlar Ukrayna qoşunlarına silah və sursat göndərir, onları kəşfiyyat məlumatları, o cümlədən peyk qruplaşmalarının və xeyli sayda pilotsuz uçan aparatların köməyi ilə təmin edirlər”.

Onun sözlərinə görə, NATO-dan olan təlimatçılar və məsləhətçilər ukraynalı hərbçilərə təlim keçir, muzdlular isə Ukrayna batalyonlarının tərkibində döyüşürlər.

"Bu hərbi qarşıdurmanı mümkün qədər uzatmağa çalışaraq, onlar əsas məqsədlərini - döyüş meydanında Rusiyanın məğlubiyyətini və onun daha da parçalanmasını gizlətmirlər", - Patruşev bildirib.

Alpər