İdman 22:00 27.04.2023

Pelenin adı lüğətə salındı - Mənası...

Dünya futbolunun əfsanəvi adlarından olan braziliyalı Pelenin adı portuqal dili lüğətinə salınıb.

Qaynarinfo-nun məlumatına görə, "Pele Fondu" ötən ilin dekabrında dünyasını dəyişən braziliyalı ulduzun xatirəsini anmaq və daim onu yad etmək üçün "Lüğətdə Pele” kampaniyasını başladıb. Bundan sonra sabiq dünya çempionunun adı portuqal dili lüğətinə əlavə edilib. 

Pelenin adının lüğətdəki tərifi "ən yaxşı, qeyri-adi, keyfiyyətinə, dəyərinə və ya üstünlüyünə görə heç bir şeylə və ya heç kimlə müqayisə olunmaz, bütün zamanların ən böyük idmançısı" kimi göstərilib.

Bundan əlavə, "O, tennisin Pelesidir, basketbolun Pelesidir, təbabətin Pelesidir” cümləsindəki sözdən istifadə nümunələri göstərilmişdir.

Səbuhi Həsənov