İdman 14:40 26.11.2023

Petr Çexdən unikal nailiyyət: Həm futbolçu, həm xokkeyçi...

"Çelsi", "Arsenal" və Çexiya millisinin sabiq qapıçısı Petr Çex Britaniya Elit Xokkey Liqasında (EIHL) debüt edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Belfast Telegraph" məlumat yayıb.

41 yaşlı qolkiper həm futbol, ​​həm də xokkey üzrə İngiltərə yüksək liqasında oynayan ilk şəxs olub. Çex "Belfast Giants"ın heyətində üçüncü hissədə əsas qapıçını əvəz edərək buz çeydançasına daxil olub. Onun komandası "Qlazqo Klan"ı məğlub edib (5:1). Çex bir zərbəni dəf edib.

Ümumilikdə Çex 2004-2019-cu illərdə "Çelsi” və "Arsenal”da çıxış edib. Bu müddətdə 633 oyun keçirib və 551 qol buraxıb. O, "Çelsi" ilə 4 dəfə Premyer Liqanın, 4 dəfə Federasiya Kubokunun, 3 dəfə Liqa Kubokunun, 2 dəfə İngiltərə Super Kubokunun, 1 dəfə Çempionlar Liqasının və 1 dəfə Avropa Liqasının qalibi olub. Qolkiper "Arsenal"ın heyətində Federasiya Kubokunu qazanmaqla yanaşı, Avropa Liqasında final oynayıb. Qapıçı karyerasını 2019-cu ildə başa vurub.

Çex 2004-cü ildə futbolçu Çexiya millisinin heyətində Avropa çempionatının bürünc mükafatçısı olub.

Aydın