Dünya 13:28 19.03.2023

PKK-nın maliyyə məsələlərinə məsul şəxsi öldürüldü (FOTO)

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyat zamanı terror təşkilatı PKK/YPG-nin Hələb və Tel-Rıfat bölgələri üzrə maliyyə məsələlərinə məsul nümayəndəsi "Hamza Kobani” kod adlı Mehmet Yıldırımı zərərsizləşdirib.

Qaynarinfo bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

Təhlükəsizlik qüvvələrindən əldə edilən məlumata görə, Hələbin Şeyx Maksud bölgəsində keçirilən əməliyyat zamanı zərərsizləşdirilən terrorçu Mehmet Yıldırımın 1986-cı ildə PKK-ya qoşulduğu və təşkilatın ən yaşlı kadrlarından biri olduğu müəyyən edilib.

Mehmet Yıldırımın 2015-ci ildə Türkiyə və İraqdakı terror fəaliyyətlərindən sonra Suriyaya keçdiyi bildirilir.

Aydın