Dünya 12:51 10.10.2022

PKK-nın rəhbər şəxsi Sincarda tutularaq Türkiyəyə gətirildi

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) İraqın şimalında, Sincar ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Çekdar Kaya ələ keçirilib.

Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, məlumatı MİT yayıb

Terrorçu artıq Türkiyəyə gətirilib. 

Qeyd edək ki, Çekdar Kaya PKK/KCK terror qruplaşmasına 2015-ci ildə qoşulub. İraqın şimalındakı Garada 2016, Sincarda 2017-ci illərdə terror fəaliyyəti ilə məşğul olan Kaya son olaraq qruplaşmanın Sincarda lojistika üzrə məsul şəxsi olub.

Aydın