Ölkə 13:41 08.01.2023

Polis bu qadını axtarır (FOTO)

Tovuzda 25 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, rayonun Əsrik Cırdaxan kənd sakini, 1998-ci il təvəllüdlü Afət İsmayılova oktyabr ayının sonlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsin əlamətləri belədir: Boyu 160 sm, gözlərinin rəngi qaradır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.