İdman 17:32 01.04.2023

Premyer Liqa: "Kəpəz" Gəncədə qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda daha bir oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqədə Abdullahi Şuaybu fərqlənib.

Xallarının sayını 25-ə çatdıran "Kəpəz" 7-ci pilləyə yüksəlib. 18 xala malik "dənizçilər" sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Zirə" "Neftçi"ni qəbul edəcək. Turun açılış oyununda "Sumqayıt" səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib. Tura aprelin 2-də keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" matçları ilə yekun vurulacaq.