İdman 15:00 31.08.2023

Premyer Liqa klubu "Barselona"nın ulduzunu icarəyə götürdü

"Barselona"nın hücumçusu Ansu Fati gələn mövsümü "Brayton"da keçirəcək.

Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir.

Fabrizio Romanonun sözlərinə görə, hər iki klub 20 yaşlı ispaniyalını mövsümün sonuna qədər icarəsində razılaşıb. Razılaşmada Roberto De Zerbinin komandası üçün satınalma variantı nəzərdə tutulmayıb və komanda futbolçunun maaşının böyük hissəsini öz üzərinə götürəcək.

Tibbi müayinə bu gün, avqustun 31-də baş tutacaq. Bu mövsüm Ansu İspaniya çempionatının 3 oyununda cəmi 47 dəqiqə meydanda olub. Ümumilikdə, o, Kataloniya əsas komandasının heyətində 112 matçda 29 qol vurub və 10 məhsuldar ötürmə edib.

Ansu Fati İspaniya millisində 9 oyun keçirib və iki qol vurub. Transfermarkt Fatini 35 milyon avroya qiymətləndirir, baxmayaraq ki, üç il əvvəl perspektivli ispaniyalının qiyməti nüfuzlu portala görə 80 milyon avro idi.

"Brayton" hazırda 3 oyundan sonra 6 xalla Premyer Liqada 6-cı yerdədir.

Alpər