İdman 14:35 18.03.2023

Premyer Liqa klubu fransalı məşqçi ilə yolları ayırdı

İngiltərə Premyer Liqa klubu "Kristal Pelas" baş məşqçisi Patrik Vyeranı istefaya göndərib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib. 2021-ci ilin iyunundan Premyer Liqa təmsilçisinin "sükanı" arxasında olan 46 yaşlı mütəxəssilə yollaın ayrıldığı bildirilib.

Son 12 oyunda qələbə qazana bilməyən komanda 27 xalla 12-ci pillədə qərarlaşıb.

Səbuhi Həsənov