İdman 18:26 29.11.2022

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.

"Kapitan Bank Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 74-cü dəqiqədə qonaqlar İsnik Aliminin qolu ilə hesabı açıblar. Beş dəqiqə sonra Todor Todoroski tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Qəbələ" 5-ci pillədə qalıb. "Sumqayıt" isə 6 xalla sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sabah" "Turan Tovuz"a qalib gəlib - 1:0. Turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.