İdman 21:53 23.06.2022

Premyer Liqa və I divizion oyunlarını idarə edəcək hakimlər açıqlandı

AFFA Hakimlər Komitəsi 2022/2023-cü illər mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizion oyunlarını idarə edəcək hakimlərin siyahısını təsdiqləyib.
 
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, hakimlər və hakim köməkçiləri kateqoriyalara bölünərkən performans, fiziki hazırlıq, təcrübə, potensial, oyun qaydaları bilikləri, oyunlar zamanı fəal iştirak, ümumi davranışlar, dil bilikləri və bu kimi digər meyarlar nəzərə alınıb. Elit və Birinci Kateqoriya olaraq müəyyənləşdirilən yenilənmiş siyahı iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd: Siyahıda yaşıl rənglə yüksələn, qırmızı rənglə isə aşağı kateqoriyaya düşən hakimlər qeyd olunub.
 
 
 
Səbuhi Həsənov