Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib.
Meydan sahibləri rəqibinə 3:0 hesabı ilə qalib gəlib. 52-ci dəqiqədə Vladislav Kulaç hesabı açıb. 69-cu dəqiqədə Rüstəm Əhmədzadə ikinci qolun müəllifi olub. 90+1-ci dəqiqədə isə Eldar Quliyev qarşılaşmada son nöqtəni qoyub.
Qələbə sayəsində xallarının sayını 41-ə çatdıran "qartallar" 4-cü pilləyə yüksəlib. 21 xala malik "dənizçilər" sonuncu - 10-cu sırada qalıb.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Qəbələ" ilə üz-üzə gələcək. Turun "Kəpəz" - "Turan Tovuz" oyunu aprelin 15-də, "Şamaxı" - "Sumqayıt" və "Sabah" - "Qarabağ" matçları isə aprelin 16-də olacaq.
Şərhlər