İdman 10:24 02.09.2023

Premyer Liqada bu gün daha iki matç keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında beşinci turun daha iki oyunu baş tutacaq.

Qaynarinfo-nun məlumatına görə, əvvəlcə "Qəbələ" "Zirə"ni qəbul edəcək. Saat 18.00-da Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Cavid Cəlilov idarə edəcək. Günün ikinci qarşılaşması Sumqayıtda, "Kapital Bank Arena"da baş tutacaq. "Neftçi" səfərdə "Sumqayıt"ın qonağı olacaq. 

Azərbaycan Premyer Liqası, beşinci tur

2 sentyabr (şənbə)

18:00. "Qəbələ” – "Zirə”
 
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu

20:30. "Sumqayıt” – "Neftçi”
 
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"Kapital Bank Arena”

Turun ilk oyununda aşağıdakı nəticə qeydə alınıb.
 
"Sabah" - "Turan Tovuz" 0:3
 
Səbuhi Həsənov