Ölkə 17:34 16.03.2023

Prezident bu şəxslərə ali xüsusi rütbələr verdi (SƏRƏNCAM)

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Məmməd oğlu Əliyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, Bakı şəhər regional miqrasiya baş idarəsinin rəisi İslam Məsum oğlu Ağayevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi veriib.

Prezident başqa bir sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı təltif edib.

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Abdullayev İsmayıl Əli oğlu

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə

Bədəlov Ayxan Əli oğlu

Əliyev Amid Həbib oğlu

Hüseynov İlyas Fətulla oğlu

Hüseynova Nigar Elxan qızı

Quliyev Sunay Arif oğlu

Quliyev Vəli Nüsrəddin oğlu

Mirzəyev Vüqar Həmid oğlu

Səttarova Əfsanə Ziyadxan qızı

Şahmarov Elnur Qaçay oğlu

Tağıyev Faiq Arif oğlu.