Ölkə 18:17 31.05.2023

Prezident İlham Əliyev Moldovaya səfərə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.

Qaynarinfo xəbər verir ki, Kişineu şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıblar.