Foto 18:49 03.04.2024

Prezident Rauf Arifoğlunu təltif etdi (FOTO)

Əməkdar jurnalist Rauf Arifoğlu ümummilli lider Heydər Əliyevin yubiley medalı ilə təltif olunub.
 
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixdə imzaladığı sərəncamla "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu "Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
 
Medal bu gün tanınmış jurnalistə təqdim olunub.