Siyasət 19:04 10.12.2023

Prezident Serbiyaya işgüzar səfəri başa çatdı

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına işgüzar səfəri başa çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Niş şəhərinin "Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola salıb.