Dünya 20:59 03.12.2023

Prezidentliyə namizəd Tramp haqqında sözlərə görə tənqid edildi

Respublikaçılar Partiyasından prezidentliyə namizəd və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi rəqibi, ölkənin BMT-dəki keçmiş səfiri Nikki Heyli Donald Trampla bağlı mövqeyinə görə tənqid edib. 

Qaynarinfo "Fox News" isyinadən xəbər verir ki, Kris Kristi rəqibini Trampa qarşı çıxmamağa və onu dəstəkləməməyə çağıırıb.

"Nikki haqqında başa düşməyə çalışdığım fikrim olduqca sadədir. Siz Donald Trampa qarşı çıxa və sonra onun doğru zamanda düzgün prezident olduğunu söyləyə bilməzsiniz. Trampla qucaqlaşmağa çalışmaq və eyni zamanda ona qarşı çıxmaq mümkün deyil", deyə Kristi bildirib.

Nikki Heyli daha əvvəl Trampın "doğru zamanda doğru prezident" olduğunu demişdi. 

Aydın