Ölkə 12:23 07.02.2024

Prezidentliyə namizədlər də səs verdi (FOTO/YENİLƏNİB)

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbədənkənar prezident seçkilərində səs verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev növbədənkənar prezident seçkilərində ailə üzvləri ilə birgə səs verib.

Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
 
***
 
Prezidentliyə namizəd Elşad Musayev növbədənkənar prezident seçkilərində səs verib.
 
Qaynarinfo report-a istinadən xəbər verir ki, o, 19 saylı Nərimanov l seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
 
Bu məntəqənin seçici siyahısında 1367 nəfərin adı var.
 
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
 
***
 
Milli Cəbhə partiyasının prezidentliyə namizədi Razi Nurullayev növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, o, 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.