Aleksandr Lukaşenko "Vaqner” muzdluları ilə bağlı planlarından danışıb, həmçinin Yevgeni Priqojinin yerini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Lukaşenko "Vaqner” liderinin Rusiyada olduğunu deyib. Onun sözlərinə görə, "Vaqner"in döyüşçüləri öz düşərgələrindədirlər və orada bərpa olunmağa göndəriliblər.
"Mən bu döyüşçülərin müəyyən sayını ölkədə yerləşdirməkdən qətiyyən narahat deyiləm. Üstəlik, onlar müəyyən şərtlərlə yerləşdiriləcək. Əsas şərt odur ki, əgər bu bölmədən dövlətin müdafiəsi üçün istifadə etmək lazımdırsa, o, dərhal aktivləşdiriləcək. Onların təcrübəsinə isə tələbat olacaq. Yevgeni Priqojinə gəlincə, o Sankt-Peterburqdadır. Bəs o, bu səhər harada olub? Bəlkə də Moskvaya gedib...”, deyə Lukaşenko
bildirib.
O, "Vaqnerçilər"ə sığınacaq verməkdə özü üçün risk görmür.
"Bu, məni gərginləşdirə biləcək bir vəziyyət deyil”, deyə Lukaşenko əlavə edib.
Alpər
Şərhlər