Dünya 10:03 24.08.2023

Priqojinin partlayan təyyarəsində öldüyü deyilən erməni “Makar” kimdir?

Tver vilayətində qəzaya uğrayan "Embraer” təyyarəsinin göyərtəsində "Makar" ləqəbli "Vaqner” veteranlarından biri, keçmişdə rayon polisi olan Yevgeni Vardanoviç Makaryan olub.

Qaynarinfo xəbər verir ki, bu barədə MK yazıb

Nəşr əlavə edir ki, Makaryan Suriyada döyüşüb və hətta 2017-ci ilin yanvarında Amerika təyyarələri ilə toqquşmadan sağ çıxıb.

Makaryan Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində yaşayıb, haqqında az şey məlumdur - onun sosial şəbəkələrlə heç bir əlaqəsi olmayıb. 38 yaşı vardı. On ildən bir qədər əvvəl atası qətlə görə mühakimə olunub, lakin Ali Məhkəmə işi yeni mühakimə üçün geri göndərib və o, iştirak etmədiyi üçün sərbəst buraxılıb, - bu barədə fontanka.ru yazıb.

Çərşənbə günü Moskvadan Sankt-Peterburqa uçan şəxsi biznes-reaktiv "Embraer Legacy" Tver vilayətinin Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması faktı üzrə Rusiya Federasiyasının İstintaq Komitəsi "Yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarının pozulması” maddəsi ilə cinayət işi açıb.

Uçuş müəyyən edilmiş qaydada verilmiş hava məkanından istifadə icazəsi əsasında həyata keçirilib, sərnişinlərin tam siyahısını dərc edən Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, onların arasında Yevgeni Priqojinin də adı var. Bu, rəsmi olaraq təsdiqlənməyib.

Qəza yerində 8 nəfərin cəsədi tapılıb. Qəzanın səbəbi hələ müəyyən edilməyib, ekspertlər qara qutunu axtarır.

Alpər