Ölkə 16:33 06.11.2022

Prokurorluq: Cəbrayılda aşkarlanan insan sümükləri ilə bağlı araşdırma aparılır

Cəbrayıl rayonunun Çullu kəndində aşkarlanan insan sümükləri ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Çullu kəndində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük, habelə 1 ədəd əl qumbarası aşkarlanıb.