Dünya 13:38 01.07.2022

Putin Avropa liderlərini ələ saldı

"Onlar soyunsalar, yuxarıdan və ya aşağıdan asılı olmayaraq, hər halda iyrənc mənzərə olacaq”.
 
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu sözləri Putin "Böyük 7 -lər”in liderlərinin onun at belindəki şəkli ilə bağlı şərhlərinə cavab olaraq deyib
 
Putin "Yeddilik Qrupu” liderlərini onun "maço obrazını”  ələ saldıqlarına görə cavab verib. Türkmənistana səfəri zamanı mətbuat konfransında danışan Putin liderlərə spirtli içkilərdən sui-istifadədən çəkinməyi və idmanla məşğul olmağı tövsiyə edib.

"Böyük 7-lər”in Almaniyadakı sammitində Böyük Britaniyanın Baş naziri Boris Consonun həmkarlarına replika atıb:"Biz də köynəklərimizi soyunaq? Biz onlara göstərməliyik ki, Putindən daha sərtik”. 

Putin onu lağa qoyan liderlərə öz üzərlərində işləməyi tövsiyyə edib.

"Münasibətlərimizin ən yaxşı dövrünü yaşamırıq, bu başa düşüləndir. Buna baxmayaraq, onların hamısı dünya liderləridir, deməli, xarakterləri var. İstəsələr, şübhəsiz ki, uğura nail ola bilərlər”, - Putin jurnalistlərə bildirib.

Nurlan Hüseynov